İspaniyanın ədliyyə naziri Rafael Katala Madridin konstitusion normaları icra etmək üçün Kataloniyanın muxtariyyət statsunu müvəqqəti dayandıra biləcəyini bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər Kataloniya hökuməti müstəqilliklərini elan edərsə, bu baş verə bilər.
“Bizim işimiz problemləri həll etməkdir və biz bunu edəcəyik”-deyə nazir Katala deyib.
Katalonların 90%-i referendumda İspaniyadan müstəqil olmağa səs verib.