Rusiyanın Kursk vilayətinin Ukrayna ilə sərhəd məntəqəsində silahlı toqquşma olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2 naməlum şəxs Ukrayna ərazisinə keçmək istəyən zaman sərhədçilərlə döyüşə girib.
Hadisə zamanı 1 sərhədçi həlak olub, sərhəd pozucularından biri isə özünü partladıb. Digər şəxs hərbçilər tərəfindən saxlanılıb.