Modern.az

"Barselona" futbol klubu da aksiyalara qoşulur

"Barselona" futbol klubu da aksiyalara qoşulur

2 Oktyabr 2017, 22:12

"Barselona" futbol klubu Kataloniyada müstəqilliklə bağlı referenduma dəstək aksiyasına qoşulacaq. Modern.az xəbər verir ki, bu barədə komandanın "Twiter" mikrobloqunda yazılıb.

Bildirilir ki, "Barselona" FK "Table for Democracy" ictimai hərəkatı tərəfindən elan olunan ümumi tətilə qoşulduğundan klub sabah bağlı olacaq.

Qeyd olunur ki, heç bir komanda, eləcə də gənclər komandası sabah məşqə çıxmayacaq.

Kataloniyanın ictimai təşkilat və ittifaqları vətəndaşları oktyabrın 3-də keçiriləcək ümumi tətilə çağırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı