Şimali Koreyanın dünya birliyinin, o cümlədən BMT-nin çağırışlarına məhəl qoymadan nüvə sınaqlarını davam etdirməsi ona qarşı diplomatik və iqtisadi təzyiqləri gücləndirib.
Son olaraq İtaliya, İspaniya, Meksika, Peru və Küveyt Şimali Koreyanın ölkələrindəki diplomatik nümayəndəliklərini bağlamağa sövq edib.
Bundan əvvəl də, 20-dən artıq ölkə Şimali Koreyaya qarşı analoji addım atmışdı. Diplomatların ölkədən göndərilməsi Kim Çen In rejiminə dünya birliyi ilə dialoqa girmək və regionu gərginlik içində saxlamaqdan vaz keçməsi üçün təzyiqin yumşaq formasıdır.
Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa və ABŞ-da Şimali Koreya səfirlikləri fəaliyyətdə deyil, digər tərəfdən Böyük Britaniya, Rusiya və Çində isə bu səfirliklər maneəsiz fəaliyyət göstərir.
Sentyabrın 26-da Londonda Koreya səfirliyi qarşısında baş verən partlayışdan sonra rəsmi London da səfirliyin müvəqqəti qapadılmasına qərar verib.
Qeyd etmək lazımdır ki, dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyanın Türkiyə, Avstraliya. Ukrayna, Argentina, Qazaxıstan, Yaponiya, Cənubi Koreya, Fillipin, Portuqaliya, Norveç, Finlandiya, Yunanıstan, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, Baltikyanı ölkələr, Səudiyyə Əərbistanı, İstail, İordaniya, Oman, İraq, Çili, Kolumbiya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri. Hollandiya, Belçika, Balkan ölkələri (Rumıniya və Bolqarıstan istisna olmaqla), Zelandiya və 41 Afrika ölkəsində səfirliyi fəaliyyətdə deyil.
Beləliklə, azsaylı diplomatik ölkələrlə əlaqə saxlayan rəsmi Pxenyan nüvə sınaqlarını davam etdirməklə diplomatik təcrid yolunu seçib.
İlk dəfə sanksiyalar 2006-cı il sentybarın 3-də tətbiq edilmişdi. Həmin vaxt ABŞ ilk nüvə sınaqlarına qarşı Şimali Koreyanın xarici hesablarını dondurmuşdu. Rəsmi Pxenyan buna görə ilkdə 2,4 milyard dollar ziyan çəkirdi. 2017-ci ilin sentybarından isə tətbiq edilən tivarət sanksiyaları Şimali Koreyanın 72 şirktəri və fiziki şəxsinə iqtisadi sanksiyaların tətbiqinə səbəb olub.
Dövlət katibi Reks Tillerson və prezident Donald Tramp Şimali Koreyaya qarşı sanskiyaların tam sürətlə davam etdiriləcyini açıqlamışdı.
Bu fonda Misir və Uqanda rəasmi Pxenyanla diplomatik münasibətlərinin dsəviyyəsini endirib, Fillipin isə ticarət əməkdaşlığına qadağa qoyub.
Avropa Birliyi, Yaponiya. Cənubi Koreya və s. ölkələr isə ABŞ-ın diplomatik və iqtisadi sanksiyalarını maksimum sərtləşdirməsini istəyir.