Modern.az

Myanma rəhbərinin Nobel mükafatı geri alınacaq?

Myanma rəhbərinin Nobel mükafatı geri alınacaq?

3 Oktyabr 2017, 14:01

Myanmanın dövlət müşaviri Aun Su Ci Nobel Sülh mükafatından məhrum edilə bilməz.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin sədri Berit Reis-Andersen açıqlama verib.

 

Hazırda Myanmanın dövlət müşaviri və xarici işlər naziri postlarını icra edən xanım siyasətçi rohinca müsəlmanlarının kütləvi təqibinə görə, tənqidlərə məruz qalmışdı. Bu tənqidlərə görə BMT-nin 72-ci sessiyasına da qatıla bilməyən San Su Ci özünü kütləvi informasiya vasitələrinin dezinformasiya qurbanı adlandırmışdı.

 

“Bu, bizim nizamnaməyə uyğun gəlmir. Qalib şəxs, yaxud təşkilatı həmin ana qədər gördüyü işlərə görə mükafatlandırırıq” –deyə Andersen bildirib.

 

 

 

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı