Modern.az

Fransada silahlı şəxslər yaxalanıb

Fransada silahlı şəxslər yaxalanıb

3 Oktyabr 2017, 22:52

Fransada silahlı şəxslər yaxalanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, silahlılar ölkənin cənubunda ələ keçib. Silahlı şəxslər Marsel yaxınlığındakı Por-de-Buk yaşayış məntəqəsində, polis əməkdaşlarının şübhəli şəxslərin avtomobilinə baxışı zamanı saxlanılıblar. 

 

Məlumata görə, saxlanılanların olduğu avtomobildə doldurulmuş "Kalaşnikov" avtomatı və onun mərmiləri, habelə qumbaraatan aşkarlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı