Fransanın Strasburq şəhərində bomba qoyulması barədə məlumata görə Kleber meydanından insanlar təxliyə edib. Modern.az xəbər verir ki, anonim zəng “AFP” agentliyinə edilib. Məlumatdan sonra agentliyin əməkdaşları da təxliyə edilib.
Məlumata görə, Kleber meydanında bütün mağazalar bağlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.