ABŞ administrasiyası Sudana qarşı tətbiq edilən sanksiyaların bir qismini aradan qaldıracaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyertin bəyanatında bildirilib.
Sanksiyaların Sudan hökumətinin ölkə daxilində vəziyyətin normallaşdırılmasında əldə etdiyi nailiyyətlər sayəsində götürüləcəyi bildirilir. Sanksiyaların oktyabrın 12-də aradan qaldırılacağı məlum olub.
Bununla belə ABŞ Sudanı terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxarmaq niyyətində deyil.