Səudiyyə Ərəbistanı kralının Ciddə şəhərindəki sarayının qarşısındakı post atəşə tutulub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki mühafizəçi həlak olub, daha üçü yaralanıb.
Məlumata görə, cavab atəşi ilə hücum edən şəxs öldürüb. Hücum edən şəxsin 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. Onun avtomobilindən “Kalaşnikov” tipli avtomat və üç alışdırıcı qumbara aşkarlanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı hazırda Rusiyada səfərdədir.