Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar Tonqo adaları yaxınlığında qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Nukualofa şəhərindən 238 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.