Modern.az

Vahid İspaniyaya dəstək aksiyasına 950 min insan qatıldı

Vahid İspaniyaya dəstək aksiyasına 950 min insan qatıldı

Dünya

8 Oktyabr 2017, 20:39

Bu gün Barselonada vahid İspaniyaya dəstək aksiyası keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Katalonya Vətəndaş Cəmiyyəti Assosiasiyasının təşkilatçı olduğu dəstək aksiyasına 950 min insan qatılıb.

Aksiyada tək Barselona deyil, İspaniyanın müxtəlif şəhərlərinin sakinləri qatılıb. Aksiya iştirakçılarının əksəriyyəti İspaniya, Kataloniya və Avropa Birliyinin bayraqlarını dalğalandırıb. Aksiyada çıxış edən dramaturq, Nobel mükafatı laureatı Mario Varqas Los deyib ki, şirkətlərin Kataloniyanı tərk etməsini və Barselonanın vəbadan əziyyət çəkən orta əsr şəhəri kimi görünməsini istəmirlər: “Biz istəyirik ki, Kataloniya İspaniyanın lokomotivi, mədəniyyət paytaxtı olsun. Kataloniya azadlıq və qanunların riayət olunduğu bir yerdir, separatçıların bunu dağıtmasına yol vermək olmaz. Azadlığa, Kataloniyaya və İspaniyaya salam olsun!” .

 

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı