DÇ-2018-in seçmə mərhələsi çərçivəsində “E” qrupunda mübarizəaparan futbol üzrə Misir yığma komandası Konqo millisi ilə qarşılaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Misir yığması rəqibini 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, “E” qrupunda 12 xalla ilk yeri təmin edən Misir yığması 1990-cu ildən sonra ilk dəfə mundiala vəsiqə qazanıb. Bundan əvvəl Misir dünya çempionatlarının final mərhələsində iki dəfə iştirak edib, 1934-cü və 1990-cı ildə.