Modern.az

"ABŞ-ın Türkiyə vətəndaşları üçün vizaların verilməsini dayandırması narahatlıq doğurur" - Ərdoğan

"ABŞ-ın Türkiyə vətəndaşları üçün vizaların verilməsini dayandırması narahatlıq doğurur" - Ərdoğan

9 Oktyabr 2017, 21:15

"ABŞ-ın Türkiyə vətəndaşları üçün vizaların verilməsini dayandırması narahatlıq doğurur. Hamı başa düşməlidir ki, Türkiyə demokratik ölkədir və bütün qərarlar qanun çərçivəsində verilir". Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə görüşdə bildirib.

Ərdoğanın sözlərinə görə, bu gün Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ABŞ səfiri Con Bassın görüş barədə təklifini rədd edib.

Qeyd edək ki, ABŞ hökuməti bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi lə bağlı Türkiyə vətəndaşlarına vizanın verilməsinin dayandırıb. Buna cavab olaraq, Türkiyə də ABŞ vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb.

Türkiyə hökuməti ABŞ diplomatının həbsini onun Fətullah Gülən hərəkatı ilə əməkdaşlığı ilə əlaqələndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı