Gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında seçmə mərhələnin oyunları sona yaxınlaşır. Bu gün Avropa zonasında mübarizə başa çatacaq.
Modern.az-ın məlumatına görə, artıq 17 milli komandanın Dünya Çempionatı-2018-in final mərhələsində çıxış edəcəyu bəlli olub.
Bunlar aşağıdakılardır:
İslandiya, Serbiya, Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa və Misir.