Türkiyə prezidenti Rəcəb Tayyip Ərdogan Kiyevdə ukraynalı həmkarı Petro Poroşenko ilə birgə mətbuat konfransında yatıb.
Modern.az xəbər verir ki, bu anın əks olunduğu video internetdə geniş müzakirələrə yol açıb.
Videoda Ukrayna prezidenti Poroşenko çıxış edərkən Ərdoğanın mürgülədiyi, sonra yuxuya getdiyi, ayılaraq əsnəyib və yenidən yuxuladığı görünür.
Onun yuxulu olduğunu həmkarı Petro Poroşenko da hiss edir və həmkarını oyatmaq üçün əlini stola vurur.
Qeyd edək ki, Rəcəp Tayyip Ərdoğan oktyabrın 9-da Ukraynada rəsmi səfərdə olub.