Modern.az

Kataloniya rəhbəri İspaniyanın baş naziri ilə görüşmək istəyir

Kataloniya rəhbəri İspaniyanın baş naziri ilə görüşmək istəyir

16 Oktyabr 2017, 11:55

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon İspaniya baş naziri Mariana Rahoya məktub yazıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  Puçdemon 2 ay ərzində görüşün keçirilməsini təklif edib və regiondakı situasiyanı müzakirə etməyin vacibliyindən danışıb.

“Regionda baş verənlərə baxmayaraq dialoq təklifimiz səmimidir” – deyə məktubdan sitat gətirilir.

 

Bundan başqa, Puçdemonun məktubda Kataloniyanın müstəqilliyi ilə bağlı situasiyaya aydınlıq gətirmədiyi də qeyd olunur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı