Fransada sürücü avtomobili insanların üzərinə sürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Xəsarət alanların hər üçünün çinli tələbələr olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hadisəni törədən sürücü saxlanılıb.
Hüquq-mühafizə orqanları hadisənin terror olmadığını bildirir. Amma sürücünün avtomobili insanların üzərinə qəsdən sürdüyü ehtimal edilir.