Modern.az

Ermənistan ordusunda rüşvət qalmaqalı

Ermənistan ordusunda rüşvət qalmaqalı

11 Noyabr 2017, 20:16

Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı yaşanıb. Modern.az Xarici mediaya istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin daha bir zabiti barədə rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.

 

Yerevan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3.000 ABŞ dolları məbləğində rüşvət tələb olunub.

 

Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir. Fakt sübuta yetirilərsə H.Levonyan uzun illər “xidmətini” dəmir barmaqlıqlar arasında davam edəcəkdir.

 

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil