Modern.az

\"Prezidentlikdən istefa verəcəm\" - Ərdogan

\

26 Noyabr 2017, 20:18

"Rəcəb Tayyib Ərdoğanın xaricdə bir quruş pulunun olduğunu sübut etsinlər. İsbat etdiyi anda prezidentlikdən istefa verəcəm". Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıcdaroğluna xitabən bildirib.

 

Türkiyə prezidenti daha sonra bildirib ki, iddialarını sübut edə bilməyən Kamal Kılıcdaroğlu öz vəzifəsindən istefa versin: "Bu adam ailəm və mənim haqqımda əsli olmayan yalanlar danışır. Ötən gün yenə məclis kürsüsündən iftiralarını sıralayıb. Övladlarım, qardaşım, yeznəm, qudam xaricə milyonlarla dollar göndərib. Daha əvvəl də mənim 3 milyard dollar pulumun olduğunu iddia etmişdi. Əlində faktın varsa, çıxar millətin qarşısına, mən də lazım olanı edim. Yoxdursa, çıx xalqın qarşısına, iftira etdiyini söylə, üzr istə".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU