Türkiyədə bir günlük matəm elan olundu. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, matəm Misirdə terror hücumu nəticəsində ölənlərlə bağlı elan olunub.
Qeyd edək ki, Misirin Sinay yarımadasının şimalında cümə günü terror aktı nəticəsində 305 nəfər ölüb. Daha 100 nəfər isə yaralanıb.