Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl-Məktum 606 məhbusu əfv edib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu qərar dekabrın 2-də BƏƏ-nin yaranmasının 46-cı ildönümü münasibətilə qəbul edilib.
Həmin gün, həmçinin, dövlət və özəl şirkətlərin əməkdaşlarına əlavə istirahət günü veriləcək.