Modern.az

İranla Ermənistan Qarabağ münaqişəni müzakirə etdi

İranla Ermənistan Qarabağ münaqişəni müzakirə etdi

Dünya

28 Noyabr 2017, 21:28

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki münaqişəni müzakirə ediblər. Modern.az “Report”a istinadən xəbər verir ki, iranlı nazir səfər çərçivəsində Ermənistan-İran biznes-forumun açılışında iştirak edib, ölkə rəsmiləri ilə görüşüb.

 

Məlumata görə, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyə görə Məhəmmədcavad Zərifə təşəkkür edib.

 

İranlı nazir bildirib ki, İranla Ermənistan çox yaxşı qonşudurlar: "İranın bütün qonşularla münasibətləri normaldır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU