Modern.az

Prezidentin xanımı azərbaycanlı gəncləri mükafatlandırdı

Prezidentin xanımı azərbaycanlı gəncləri mükafatlandırdı

Dünya

28 Noyabr 2017, 23:13

Gürcüstan prezidenti administrasiyasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində erkən nikahın qarşısının alınması ilə bağlı həyata keçirilmiş layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, layihə Gürcüstan prezidentinin ehtiyat fondunun maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Niderland səfirliyi tərəfindən həyata keçirilib.

 

Layihə çərçivəsində azərbaycanlı gənclər Kvemo Kartlinin 90 məktəbində yuxarı sinif şagirdləri ilə görüşlər keçirib. Görüşlərdə erkən evliliklə bağlı maarifləndirici məlumatlar və broşürlər  təqdim olunub.

 

Tədbirdə çıxış edən Gürcüstanın birinci xanımı Maka Çiçua erkən nikahın mənfi fəsadlarından danışıb.

 

Onun sözlərinə görə, erkən nikahların qarşısının alınması çox vacibdir: “Gürcüstan prezidenti qadınların hüquqlarının qorunması və erkən nikahların qarşısının alınmasına hər zaman dəstək olmağa hazırdır. Erkən nikah kimi ciddi problemlə cəmiyyətin fəal iştirakı olmadan mübarizə aparmaq mümkün deyil”.

 

Tədbirin sonunda layihə iştirakçılarına və ən yaxşı esse, ən yaxşı rəsm, ən yaxşı foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU