Modern.az

Rusiyada yüzlərlə aviareys təxirə salındı

Rusiyada yüzlərlə aviareys təxirə salındı

Dünya

1 Dekabr 2017, 22:14

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Rusiyada xeyli aviareys təxirə salındı. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.

 

Belə ki, "Domodedovo" aeroportunda 21, "Şeremetyevo"da 77, "Vnukovo"da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. "Şeremetyevo" hava limanında 35 uçuş ləğv edilib.

 

Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU