Modern.az

Çin vətəndaşları Cənubi Koreyaya vizasız gedəcək

Çin vətəndaşları Cənubi Koreyaya vizasız gedəcək

Dünya

2 Dekabr 2017, 00:13

Cənubi Koreyanın Pxençan şəhərində gələn ilin fevral-mart aylarında keçiriləcək növbəti Qış Olimpiya Oyunları və Paralimpiya Oyunları ilə əlaqədar Çin vətəndaşları üçün vizasız rejimin tətbiqinə başlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gündən qüvvəyə minən qərarın icrası martın sonunadək davam edəcək. Bu müddətdə Çin vətəndaşları müvafiq turizm agentliklərindən Olimpiya və ya Paralimpiya oyunları üçün alınan bileti təqdim etməklə, Cənubi Koreyada 15 gün müddətində vizasız qala biləcəklər.

 

Qeyd edək ki, “Pxençan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də, Qış Paralimpiya Oyunları isə martın 9-18-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU