Türkiyə ərazisində, o cümlədən Ankara, İstanbul kimi şəhərlərdə tikilən binalarda mərtəbələrin sayı məhdudlaşdırılacaq. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, yeni qərar ətraf mühitin mühafizəsi məqsədini daşıyır.
Ərdoğan bildirib ki, binalarda maksimum mərtəbə sayı 6 olacaq.