Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili saxlanılıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə onun tərəfdarları məlumat veriblər.
Onların sözlərinə görə, Saakaşvilinin saxlanıldığı məkan məlum deyil.
Bir qədər öncə Kiyevdəki mənzilində axtarış aparılan zaman siyasətçi binanın 8-ci mərtəbəsinə çıxaraq intihar edəcəyini demişdi.