Rusiyanın Yəməndəki səfirliyinin əməkdaşları ölkəni tərk ediblər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Mariya Zaxarovanın sözlərinə görə, səfir və diplomatik korpusun əməkdaşları öz missiyalarını Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində davam etdirəcəklər.