ABŞ Əfqanıstandaki hərbçilərinin sayını artıracaq. Modern.az “RİA Novosti”yə istinadən istinadən xəbər verir ki, Əfqanıstana əlavə hərbi briqadanın 2018-ci ilin əvvəlində yerləşdirilməsi nəzərdə tutulur.
ABŞ Hərbi-Hava Qüvvələrinin briqada generalı Lans Banç bildirib ki, amerikalı hərbçilər “Taliban” silahlıları ilə mübarizədə yerli qüvvələrə yardım edəcək.
Onun sözlərinə görə, Əfqanıstanda əlavə qüvvələrin yerləşdirilməsinə dair qərar ABŞ administrasiyasının bu ölkəyə dair yeni strategiyası çərçivəsində qəbul edilib.
Qeyd edək ki, hazırda Əfqanıstanda 14 500-dək amerikalı hərbçi xidmət edir.