Modern.az

Saakaşvilinin yolu yenidən baş prokurorluqdan keçəcək

Saakaşvilinin yolu yenidən baş prokurorluqdan keçəcək

12 Dekabr 2017, 23:54

Mixail Saakaşvili dekabrın 18-də Ukrayna Baş Prokurorluğuna gedəcək. Modern.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ZIK telekanalında çıxışı zamanı bildirib.

 

Saakaşvili qeyd edib ki, cinayətkar qruplaşmalarla əlaqəsi olması ittihamları ilə bağlı dekabrın 18-də sorğu-sual üçün baş prokurorluğa gedəcək: "Mən qanunlara riayət edəcəyəm. Lakin bu prokurorluğa heç cür hörmət göstərməyəcəyəm”.

 

Qeyd edək ki, dünən Kiyevin Peçer rayon Məhkəməsinin hakimi Larisa Çokol Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina edib və onu məhkəmə zalından azadlığa buraxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU