Modern.az

Fələstin İsraillə əldə edilən razılaşmalardan imtina edə bilər

Fələstin İsraillə əldə edilən razılaşmalardan imtina edə bilər

13 Dekabr 2017, 20:51

"Qüds ətrafında baş verən hadisələr bu cür davam edəcəyi təqdirdə, Fələstin İsraillə əldə edilən razılaşmalardan, həmçinin Oslo razılaşmasından imtina etmək qərarındadır". Modern.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə Zirvə toplantısının yekuna həsr edilən mətbuat konfransında çıxışı zamanı bildirib.

 

Fələstin lideri İƏT Zirvə toplantısını məsələyə dəstək vermək üçün həlledici tədbirlər görməyə, İsrailə qarşı iqtisadi və siyasi tədbirlər qəbul etməyə və İsrail mallarını boykot etməyə çağırıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU