Modern.az

ABŞ Konqresi ən böyük vergi islahatı haqqında qanun qəbul edib

ABŞ Konqresi ən böyük vergi islahatı haqqında qanun qəbul edib

20 Dekabr 2017, 23:55

ABŞ Konqresi 30 il ərzində ən böyük vergi islahatı haqqında qanun qəbul edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsinin qüvvəyə minməsi üçün sənədi prezident Donald Tramp imzalamalıdır.

 

Qeyd edək ki, bu dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır. Belə ki, şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsi 2018-ci ildən etibarən 21%-ə endiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU