Putin 2018-ci ilin mart seçkilərində iştirakını təsdiqlətmək üçün Mərkəzi Seçki Komissiyasının binasına gəlib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırki prezident təşəbbüs qrupunun qeydiyyata alınması, seçkilərdə iştirakı ilə bağlı ərazini, tərcümeyi-halını təsdiqləyən sənədləri, gəlir və xərclərini, bank hesablarını göstərən bəyannaməni də MSK-ya təqdim etməlidir.