Türkiyədə məktəbdə silahlı insident olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Qaziantəp şəhərində qeydə alınıb. Naməlum şəxsin məktəbin həyətində tüfəngdən atəş açıması nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.