Rusiya Mərkəzi Seçkilər KomissiyasıVladimir Jirinovskiyə prezidentliyə namizədlik sənədini təqdim edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, namizədlik sənədini almaq üçün Jirinovski şəxsən MSK-nın binasına gəlib.
“Bu istənilən namizədin həyatında təntənəli məqamdır. Bütün siyasi qüvvələr üçün seçkilərdə eyni şəraitin yaradılması vacibdir”- deyə siyasətçi deyib.