Modern.az

Başqırd liderdən ana dili çağırışı

Başqırd liderdən ana dili çağırışı

29 Dekabr 2017, 20:45

“Dil və milli özünüdərk ən çətin məsələlərdən biridir. Başqırdıstanda dillə bağlı etiraz aksiyaları dilin öyrənilməsinə aid deyil. Bu, sadəcə siyasətdir. Dil, milli özünüdərk ən çətin məsələlərdən biridir”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Başqırdıstan rəhbəri Rüstəm Həmidov bildirib.

 

Rüstəm Həmidov  qeyd edib ki, bu məsələni siyasiləşdirmək lazim deyil: “Bunu  siyasiləşdirənlərin arxasınca getməyə də  ehtiyac yoxdur. Cəmiyyəti dil məsələsinə görə parçalamaqla gələcəyi qurmaq olmaz. Bu, çox təhlükəlidir”.

 

Qeyd edək ki, bu vaxta qədər Başqırdıstanın dövlət dili başqırd və rus dilləri olub. Bir müddət öncə Moskvanın başqırd dilinin icbari tədrisini ləğv etməsi ölkədə böyük etiraz aksiyalarına yol açıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU