İŞİD terror qruplaşması Sankt-Peterburq şəhərindəki əyləncə mərkəzində törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Modern.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər yayıblar.
Partlayış dekabrın 27-də Kondratyev prospektindəki “Giqant holl” əyləncə mərkəzinin birinci mərtəbəsində baş verib. Partlayıcı qurğu “Perekrestok” mağazasının saxlama kameraları yaxınlığında işə salınıb. İnsident nəticəsində 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.