Modern.az

İsrail ordusu daha bir fələstinlini öldürdü

İsrail ordusu daha bir fələstinlini öldürdü

30 Dekabr 2017, 20:58

Qəzzada baş verən kütləvi etirazlar zamanı daha bir fələstinli öldürülüb. Modrn.az xarici mediaya istinadən xəbər verir ki, Camal Məsləh adlı 22 yaşlı gənc İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Məlumata görə, xəstəxanada daha 4 yaralı fələstinli var.

 

Məlumata görə, fələstinlilər ibarət 2 min etirazçı İsrail əsgərlərinə yanan təkərlər və daşlar atmağa başlayıb. Bundan sonra hərbçilər aksiyaların təşkilatçılarını müəyyən edərək onları hədəf alıb.

 

Qeyd edək ki, 6 dekabr Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlayan etiraz aksiyalarında bu günə kimi 13 fələstinli öldürülüb, yüzlərlə fələstinli isə yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU