Rusiyada dəhşətli yanğın olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Voronej şəhərində qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Yanğın binanın birinci mərtəbəsində baş verib. Hadisə nəticəsində, həmçinin, azyaşlı uşaq xəsarət alıb. Binanın yuxarı mərtəbələrindən ona yaxın sakin evakuasiya edilib.