"İranlı etirazçıların azadlıq və demokratiya mübarizəsində qalib gəlməsinə ümid edirik". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin Kəşfiyyat naziri Yisrail Katz danışıb.
Yisrail Katz bildirib ki, İranın daxili məsələlərinə qarışmırlar: “Ancaq İran xalqının mübarizəni udmasını könüldən istəyirəm. Etirazçılar qalib gəlsə İsrailə qarşı təhdidlər də aradan qalxacaq”.
Həmçinin, ABŞ Prezidenti Donald Trampın nüvə sazişi ilə bağlı İrana qarşı nümayiş etdirdiyi sərt mövqeyin də İranın daxili vəziyyətinə təsir etdiyini bildirib.