Modern.az

Tramp həbs tələb etdi

Tramp həbs tələb etdi

2 Yanvar 2018, 20:55

“Hillari Klintonun şərəfsiz köməkçisi Huma Abedini təhlükəsizliklə bağlı adi protokol qaydasına əməl etməməkdə günahlandırırlar. O, gizli şifrələri xarici agentlərin əlinə verdi”. Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonun şəxsi elektron məktublarını öz kompüterinə göndərən köməkçisi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Donald Tramp Huma Abedininin əməlinə görə, həbs olunmasını istəyib.

Qeyd edək ki, bir müddət öncə Huma Abedinin konqresmen əri Antoni Uinerin də istifadə edə bildiyi kompüterdən məktub göndərdiyi məlum olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU