Modern.az

Səudiyyə Ərəbistanında 11 şahzadə saxlanıldı

Səudiyyə Ərəbistanında 11 şahzadə saxlanıldı

6 Yanvar 2018, 14:37

Səudiyyə Ərəbistanının kral qvardiyası sarayda etirazlarla əlaqədar 11 şahzadəni saxlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kral Salman bin Əbdül Əziz əl-Səud şahzadələrin su və elektrik hesablarının ödənilməsinin dayandırılması barədə qərar verib.

 

Şahzadələr bu qərara etiraz edib və bundan əlavə, onlar bir müddət əvvəl edam olunmuş yaxın qohumları üçün təzminat tələb ediblər.

 

Etiraz edənlər sarayı tərk etməkdən imtina etdikdən sonra kral qvardiyası onları saxlayıb. Hazırda şahzadələr həbsxanada saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU