Modern.az

Suriyada ötən il nə qədər insan öldürüblər – HESABAT

Suriyada ötən il nə qədər insan öldürüblər – HESABAT

6 Yanvar 2018, 18:00

Ötən il Suriyada törədilən qətliamlarda çoxu qadın və uşaqlardan ibarət olan 4 minə yaxın adam öldürülüb.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Suriya İnsan Haqları üzrə Müşahidə Şurası 2017-ci il hesabatında bildirib.

 

Hesabatda, ötən il Bəşər Əsəd rejimi, Rusiya, beynəlxalq koalisiya, terror təşkilatları, müəyyən edilməyən qruplar  tərəfindən törədilən ən az 374 qətliamda  431-i uşaq, 752-si qadın, ümumi 4006  adamın həyatını itirdiyi qeyd edilib.

 

Təqdim edilən hesabatda 129 qətliama səbəb olan Əsəd rejimi  ilk sırada yer alıb. İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri 113, Rusiya 83,  İŞİD 19,  terror təşkilatı PKK və onun Suriya qolu  PYD 4,  müəyyən olunmayan qruplar isə 26 qətliama imza atıb.

 

Əsəd rejiminin səbəb olduğu qətliamlarda 420 uşaq, 220 qadın olmaqla 1174 həyatını itirib. Rejimə hava dəstəyi verən rus qüvvələrinin qətliamlarında isə 356-ı uşaq, 207-si qadın olmaqla 990  adamın öldüyü bildirilib.

 

ABŞ-ın liderliyi ilə İŞİD əleyhdarı olan beynəlxalq koalisiyanın imza atdığı qətliamlarda 479-u uşaq, 239-u qadın, ümumi 1200 vətəndaş can verərkən, terror təşkilatı İŞİD-in qətliamlarında  isə 71-i uşaq, 28-i qadın  olmaqla 210 vətəndaş həyatını itirib.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur