Modern.az

Minlərlə iranlı hakimiyyətə dəstək mitinqinə çıxdı

Minlərlə iranlı hakimiyyətə dəstək mitinqinə çıxdı

Dünya

7 Yanvar 2018, 00:28

İranda hökumətə və bu yaxınlardakı etiraz aksiyalarının qınanmasına dəstəyin əlaməti olaraq dinc nümayişlər ikinci gündür davam edir. Modern.az İran mediasına istinadən xəbər verir ki, nümayişlərdə bir neçə min insan iştirak edib. Aksiyalar bütün ölkə üzrə keçirilir.

 

Daha əvvəl “IRNA” agentliyi bildirirdi ki, dünənki cümə namazının ardınca Tehran əyalətinin bütün şəhərlərində ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

 

İştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində, o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.

 

Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur