Modern.az

10 min yol polisi əməkdaşı işdən azad edildi

10 min yol polisi əməkdaşı işdən azad edildi

9 Yanvar 2018, 22:07

Rusiyada Dövlət Yol Müfəttişliyi əməkdaşlarının sayı bu ildən 10 min nəfər azaldılıb. Modern.az “RİA Novosti”yə istinadən verdiyi xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

 

Bildirilir ki, Yol Patrul Xidməti və Dövlət Yol Müfəttişliyinin əməkdaşlarının sayı qeydiyyat işləri, imtahan götürmə və sürücülük vəsiqəsini vermə üzrə vəzifələrdən başqa, digər sahələrdə azaldılıb.

 

Məlumata əsasən ixtisara düşən polislər Daxili İşlər Nazirliyinin digər şöbələrindəki vakant vəzifələrə müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum