Modern.az

Türkiyədə məscidə raket düşdü: 2 ölü, 11 yaralı - Yenilənib

Türkiyədə məscidə raket düşdü: 2 ölü, 11 yaralı - Yenilənib

24 Yanvar 2018, 22:51

Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Bundan öncə isə 15 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, insident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket raket atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb.

 

20:14

 

Türkiyədə məscid hədəf alınıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis vilayəti PYD/PKK terror qruplaşması tərəfindən raket atılıb.

Atılan raketlərdən bidi məscidə düşüb.

İlkin məlumata əsasən hadisə nəticəsində 15 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU