Daha bir ölkə S-400 zenit-raket sistemləri almaq niyyətindədir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qətərin Rusiyadakı səfiri Fahad Məhəmməd əl-Attiya məlumat verib.
Səfir Fahad Məhəmməd əl-Attiya bildirib ki, S-400 zenit-raket sistemləri almaq üçün Rusiya ilə danışıqlar aparırlar: “Ötən ilin oktyabrında iki ölkə arasında hərbi sahədə bir sıra müqavilələr imzalanıb. Bu müqavilələr iki ölkə arasında müdafiə sənayesinin inkişafı üçün qapı açdı. Buraya hərbi təchizat, silah göndərilməsi, hərbi təlimlər və xüsusi xidmətlər də daxildir”.