Modern.az

Afrində 394 terrorçu məhv edilib

Afrində 394 terrorçu məhv edilib

Dünya

27 Yanvar 2018, 11:27

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu haqda  Baş Qərargah məlumat yayıb.  Bildirilib ki, indiyədək 394 terrorçu zərərsizləşdirilib, hava qüvvələrinin təyyarələri terror təşkilatlarına məxsus 340 hədəfi məhv edib. "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyi bildirilir.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

 

"Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur