Modern.az

Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub - Video

Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub - Video

Dünya

27 Yanvar 2018, 19:51

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. Modern.az xəbər verir ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının APA-ya verdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

 

İ.Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

 

Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU