Moskva metropoliteninin “1905-ci il küçəsi” stansiyasının yeraltı keçidində inşaat taxtabəndləri uçub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 4 nəfərin vəziyyəti qənaətbəxş olsa da, 1 nəfərin vəziyyəti orta ağırdır. İnsidentin baş vermə səbəbləri araşdırılır.